“Star Wars” filminin çətin səhnələri üçün kamera qarşısına keçən ingilis dublyor Olivia Jackson yaxın günlərdə qolunun kəsiləcəyini söyləyib.

Oxu.Az xəbər verir ki, “The Sun” qəzetinə açıqlama verən Jackson, çəkiliş zamanı yaşadığı qəza nəticəsində bir qolunun iflic olduğunu, önümüzdəki günlərdə kəsiləcəyini, üzündə olan yara izlərinin isə sağalmayacağını deyib.

“Əlbəttə, əvvəlki üzümə sahib olmağı çox istərdim, amma yaşadığım üçün şükür edirəm”, - deyə Jackson bildirib.

“Star Wars” filmindəki çətin səhnələrdə Brit Daisy Ridley-in yerinə kamera qarşısına keçən Jackson, “Guardians of the Galaxy” filmində Karen Gilligan, “Mortdecai” filmində Gwyneth Paltrow və “Mad Max: Fury Road” filmində Rosie Huntington-Whiteley və Charlize Theron üçün də dublyor olub.
