Keçmiş “Dəyirman” qrupunun üzvü ABD Malik yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, “Çata bilim” adlı mahnının musiqisi və aranjemanı Felt Gibsona, sözləri müğənninin özünə aiddir. Klipin rejissoru isə Şəhriyar Əliyevdir.
Qeyd edək ki, ekran işində Zülfiyyə Xanbabayeva, Miri Yusif, Murad Dadaşov, Nikki Camal, L-mir, İlkin Həsəni, Nərgiz Cəlilova, Zamiq Hüseynov, Ədalət Şükürov, Samirə Allahverdiyeva, Hüsniyyə Məhərrəmova, Anar Abdullah və Emin Əfəndi kimi tanınmış simalar yer alıb.
Aytən Sadıqzadə
www.oxu.az