ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan tanınmış aparıcı Mətanət Əliverdiyeva ailəsindən bəhs edib.
Oxu.Az xəbər verir ki, teleaparıcı övladlarının şəxsi həyatına qarışmayacağını deyib.
“Evlənəndən sonra uşaqlarımın yanında qalmayacağam. Onlara və gəlinlərimə azadlıq verəcəyəm. Mən onların seçimlərinə qarışmayacağam. Oğlum uşaqlı qadınla evlənsə belə qəbul edərəm. Bu, onun həyatıdır”,-deyə teleaparıcı bildirib.
A.S.
www.oxu.az