Müğənni Mətanət İsgəndərli aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam (Valehoğlu) Alıyevi məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, Media Hüququ İnstitutundan Qafqazinfo-ya verilən məlumata görə, tanınmış müğənni Mətanət İsgəndərova Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Jurnalistlərin hüquqlarını müdafiə edən vəkillərindən Fariz Namazlının bildirdiyinə görə, hazırlıq iclası iyun ayının 19-da keçiriləcək. Vəkil defamasiyaya görə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini məhkəmədən tələb edəcək.