Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Meyxanaçı Namiq Qaraçuxurlunun özünə qoyduğu QADAĞA
“İş çox olanda giley olur. Çünki insan özünə, ailəsinə vaxt ayıra bilmir. İllərdir bu işin içindəyəm, bütün prosesləri keçmişəm. İnsana əsas özü, ailəsi, dostlarıdır. Düzdür, sənətlə də məşğul olmaq lazımdır. Amma gözəlliyi maddiyyata qurban vermək olmaz. Bəziləri üç-dörd gün pul qazanmayanda dəli olur. Mən o insanlardan deyiləm”.
Axsam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu verilişlərin birinə qonaq olarkən deyib.
O bildirib ki, sənətdən çox ailəsinə vaxt ayırmağa üstünlük verir.
Namiq trendə düşən mahnılardan da söz açıb:
“Bəzən şou-biznesdə nələrsə baş verir, mən trend olan hadisələrdən qaçıram. Kimsə orada zirvə tapır, kimsə biabır olur. Trend həvəskarı olmaq qorxuludur. Bir ara mənim də beynimi doldurmuşdular. Gördüm ki, yaxşı iş aparmıram. Amma trendə düşəndə sevinirsən”.
N. Qaraçuxurlu aparıcı Kazım Sübhanın “Namiqə hansı mövzuda sual vermək olmaz” sualına belə cavab verib: “Mənə bütün mövzularda sual vermək olar, amma cavab almaq yox. Şəxsi həyatdan başqa, xüsusi qadağam yoxdur. Hər mövzuda danışıram”.
"Meyxana" teqi üzrə xəbərlər
- Ələkbər Yasamallı meyxanadan getdi
- Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Namiq Qaraçuxurlu arxiv görüntülərini paylaşdı: “Ağılları bunu həzm edə bilmir” - VİDEO
- Meyxanaçı Ağamirzə: “Necə deyim ki, sən meyxanaçı deyilsən?”
Rəylər