Meyxanaçı Samirə gəlininin qarasına danışdı.
Oxu.Az xəbər verir ki, Samirə ANS-in efirində gəlinini ağ yuyub, qara sərib:
“Mən də istəyirəm ki, gəlinim mənə qulluq etsin, toydan yorğun gələndə qabağıma çay qoysun, kürəyimi masaj eləsin. Amma görürəm ki, yox, gəlinə hörmət etdikcə qudurur. Başıma gəlib e bunlar.
Mən bir ayaqqabı alıb geyinmişəm, gecə səhərəcən ərinin başını xarab edib ki, ananın aldığı ayaqqabıdan mənə də almalısan. Hansı ki, mən ona hər şey alıb geyindirirəm.
Altı sot həyətim var, səkkiz otaqlı evim. Bircə oğlumu evimdən çıxara bilmərəm”.
Aytən Sadıqzadə
www.oxu.az