Avstraliya maqazin dərgisi “New İdea”da yer alan məlumata görə, Miranda Kerr və Tom Kruz iki il öncə tanış olublar və T.Kruz M.Kerrini ağlından çıxara bilmir.
Oxu.Az xəbər verir ki, mətndə məşhur cütlüyün “Mission impossible 5” filminin çəkilişləri ərəfəsində Londonda gizli görüşməsi və ehtiraslı sevgi münasibətlərindən bəhs edilir.
Qeyd edək ki, Miranda Kerrin keçmiş həyat yoldaşı Orlando Blum bir neçə ay əvvəl M.Kerrinin fotosunu sosial şəbəkədə paylaşan Castin Biberə yumruq atmışdı.
Aytən Sadıqzadə