Supermodel Miranda Kerr “Harper's Bazaar” jurnalının Avstriya versiyası üçün çılpaq şəkillər çəkdirib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, model haqqındakı fotolayihə “Altda nə var” (“What lies beneath”) adını alıb.
Kerr Los-Ancelesin otellərindən birinin eyvanında çılpaq pozalar verib.
Ümumiyyətlə, model tez-tez dərgilər və sosial şəbəkələr üçün çlpaq şəkillər çəkdirir.
Avqustun 25-də Kerr İnstagram hesabında növbəti çılpaq şəklini paylaşıb. Bədəninin intim hissələrini yalnız krossovkalar ilə örtüldüyü şəkillər modelin pərəstişkarlarını qəzəbləndirib. Şəkili paylaşdıqdan 18 saat vaxt ərzində 170 “like” toplayıb.