Türkiyəli müğənni Funda Arar ifaçı Miri Yusifin “Bağışla” adlı mahnısını səsləndirib.
Oxu.Az axşam.az-a istinadla xəbər verir ki, M.Yusifin “Ağ Qarğa” albomunda yer alan bəstənin sözləri və musiqisi ifaçının özünə məxsusdur.
Arar bəstəni səsləndirərkən M.Yusifdən icazə almayıb, hətta müəllifin adı da qeyd olunmayıb.
Məsələ ilə bağlı fikrini bölüşən ifaçı “Sivil cəmiyyətdə bu addımın atılması heç də xoş deyil. Buna qarşılıq olaraq, onlarla məhkəmədə görüşəcəyik” deyə, bildirib.
Qeyd edək ki, F.Arar mahnıya çəkdirdiyi klipini bu gün təqdim edib. "Bağışla" DMC musiqi şirkətində sinql formasında işıq üzü görüb. Miri Yusif sözügedən mahnını 2014-cü ildə oxuyub.