Aprel ayının 17-də Bakı Caz Mərkəzində “Miss Azərbaycan-2014” – “Bahar Party” iştirakçılarının təqdimatı oldu.
Oxu.Az BAKU.WS-ə istinadən bildirir ki, bu yaz axşamında yarımfinalçılar arasından tamaşaçılar və münsiflər heyəti “Miss Bahar - 2014”-ü seçdilər.
Qalib “Miss Azərbaycan” müsabiqəsinin favoritlərindən biri, müsabiqənin rəsmi saytında keçirilən onlayn səsvermənin lideri #34 nömrəsi altında çıxış edən Cavidan Qurbanova oldu.
Qalibin mükafatlandırılması anını əks etdirən video və fotoları diqqətinizə çatdırırıq: