Ölkəmizin bir çox beynəlxalq müsabiqələrdə iştirak etməsi və üstəlik, ev sahibi olması sevindirici haldır.
Oxu.Az xəbər verir ki, dünyanın məşhur “Miss Eurovision” gözəllik müsabiqəsinin rəsmən Azərbaycanda keçirilməsinə əsl peşəkar komanda səbəb oldu. İrəliyə doğru gedən təşkilatçı şirkət “High Life Fashion & Model Academy” hər şeyin yüksək səviyyədə gerçəkləşməsi üçün fasiləsiz olaraq çalışır.
Möhtəşəm gecədə çıxış etməyə ölkəmizin tanınmış ulduzları dəvət alıb: Zamiq Hüseynov, Emil Bədəlov, Aysel Əlizadə, Seyran Babayev, “Dostlar” qrupu, Elçin Cəfərov, Elnarə Xəlilova, Elnar Xəlilov, Nura Suri, Cin (reper), Ülkər Quliyeva, Sofiya Şah, Zarina Məmmədova, Ramal İsrafilov, Sevda Yahyayeva, Əli Məmmədli, Sevil və Sevinc bacıları, “Avantaj” qrupu, Mərdan Kazımov, Alov (Reper) və 42 yarımfinalçı gözəl iştirak edəcək.
Gecənin aparıcıları və tanınmış qonaqları Şəhriyar Əbilov, Samir Bayramlı, Elvin Mərdanov, Tural Ozan, Cavid Gül, Rəhman Rəsulov olacaq.
İlk seçim turunda iştirak edən xanımlarımıza Avropanın məşhur müğənnisi və bəstəkarı Toni Rey də solo konsert proqramıyla dəstək oldu. O, pozitiv əhvalıyla gecəyə xüsusi zövq qatıb.
Həmçinin onu da əlavə edək ki, gələn il də bu yarışmanın dünya müsabiqəsi ölkəmizdə planlaşdırılır.
Tədbiri “Kral TV”, ATV, Space (Şou plyus), MUZ TV, Chat-Box TV, COSMOPOLİTAN Magazine işıqlandıracaq.
Təşkilatçı açıqlamasında bunu da qeyd etdi ki, iyun ayının 1-də keçiriləcək münsiflər heyətində ciddi dəyişikliklər var. Münsiflər heyətində Ruhi Əliyeva, Bülent Cantimur, Turan İşıqlı, Nərgiz Cəlilova, Şəhriyar Əbilov, Hüsniyə Mürvətova, İlqar Əliyev, Röya Ayxan, Murad Dadaşov, Mubariz Allahverdizadə, Aqil Məmiyev, Syama, Afaq Gəncəlinin yer alacağı planlaşdırılır.
Tədbirə giriş dəvətnamə və biletlə olacaq.
Aytən Sadıqzadə
www.oxu.az