Teleaparıcı Zaur Baxşəliyev internet portallarında yazılan xəbərlərə görə sayt rəhbərlərini kəskin tənqid atəşinə tutub.
Oxu.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, ATV-də yayımlanan “Öz aramızda” verilişində aparıcı Zaur onun şəxsi həyatına qarışan və bu haqda xəbər yazan saytların rəhbərlərini təhqir edib:
“Bütün saytların rəhbərlərinə iradım var: insanların şəxsi həyatını müzakirə edirlər. Əgər mən o adamların nəsillərini verilişdə müzakirə etsəm, onda gərək onlar başlarını qaldırıb gəzməsinlər.
Çünki onlar nə qardaş kimi qardaş olublar, nə ailə başçısı kimi ailə başçısı olublar, nə oğul kimi oğul olublar. Özlərini heç yerdə təsdiqləməyən insanlar, qohumlarına, bacılarına, arvadlarına sahib çıxmayan insanlar bu gün hamı haqqında “dır-dır” danışa bilərlər. Sadəcə bilsinlər ki, mən abırıma və kəsdiyim çörəyə qısılıram”.
Xatırladaq ki, verilişdə teleaparıcı Lətafət Ələkbərovanın həyat yoldaşından ayrılmağı, şəxsi həyatı müzakirə olunub.