Xəbər verdiyimiz kimi dünyanın müxtəlif ölkələrindən olan gözəllər “Miss Globe İnternational” beynəlxalq gözəllik müsabiqəsinin finalında iştirak etmək üçün Bakıya gəliblər.
Oxu.Az xəbər verir ki, müsabiqənin finalı sentyabrın 14-də “Baku Crystall Hall”da keçiriləcək. Artıq bir neçə gündür ki, müsabiqə iştirakçıları təşkilat komitəsinin nümayəndələrinin rəhbərliyi altında təlimlərə başlayıblar. Modellərə səhnə duruşu və düzgün yerimə qaydası dərslərini “Miss Globe Turkey 2005” Melike Yeşilyurt verir.
Qeyd edək ki, müsabiqədə Azərbaycanı Oksana Rzayeva təmsil edəcək. O, ötən ilin dekabrın 7-də Riqada keçirilən “Miss Top of the World-2013” beynəlxalq model müsabiqəsində ikinci yeri qazanmışdı.
“Miss Globe İnternational” gözəllik müsabiqəsinin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə