Sizə “Miss Globe İnternational” beynəlxalq gözəllik yarışması barəsində məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, may ayının 16, 17 və 18-də sənədlərin qəbulu aparılacaq.
Seçim turlarına gözəlliyinə güvənən 18-25 yaş arası subay qızlar qatıla bilər.
May ayının 25-də isə münsiflərin seçimi ilə “Miss Globe İnternational” müsabiqəsində ölkəmizi təmsil edəcək Azərbaycan gözəli müəyyən olunacaq.
“Miss Globe İnternational”-ın 89-cu finalı isə iyunun 21-də Crystall Hall-da keçiriləcək.