Dekabrın 18-də Almaniyanın Maqdeburq şəhərində keçirilən “Miss İntercontinental 2015” beynəlxalq gözəllik müsabiqəsinin qalibi 174 sm boyu və 24 yaşı olan rusiyalı Valentina Rəsulova seçilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanı təmsil edən Nigar İbrahimova yarışmada yer tuta bilməyib.

Müsabiqədə 2-ci yerə filippinli Christi Lynn McGarry, 3-cü yerə ABŞ-lı Brianne Bailey, 4-cü yerə venesuelalı Katherine Garcia, 5-ci yerə zimbabveli Tendai Bongani Humda layiq görülüb.
“Miss İntercontinental 2015” beynəlxalq gözəllik müsabiqəsindən video və fotoları təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az