“Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Seçim mərhələlərindən yarımfinala vəsiqə qazanmış 29 xanım və 29 bəy iştirakçı finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.
Bu barədə Oxu.Az-a müsabiqənin mətbuat xidmətindən bildirilib.
Ənənəyə sadiq qalaraq yarımfinal mərhələsində iki nominasiya təqdim olunub. “Miss Bahar” nominasiyasına “Mister Novruz” da əlavə edilib. Lakin ötən illərdən fərqli olaraq həmin nominasiyalara layiq görülən iştirakçıları tamaşaçılar deyil, “Miss & Mister Azerbaijan” Milli gözəllik müsabiqəsinin münsiflər heyəti müəyyən edib.
“Miss Bahar - 2017” adına iştirakçı nömrəsi 28 olan Xanım Əliyeva, “Mister Novruz - 2017 nominasiyasına isə 28 nömrəli iştirakçı Vüsal Qasımzadə layiq görülüb.
17 xanım və 17 bəy isə finalçı adını qazanaraq ölkənin bir nömrəli bəy və xanımı olmaq uğrunda mübarizəyə başlayıblar.
“Mister Azerbaijan”ın – 2017”-nin finalçıları:
1.Əhməd Əhmədov2.Rəşid Kərimov3.Ruslan Abdullazadə4.Qiyas Kəlbiyev5.Ayaz Yolçuyev6.Pərviz Şükürov7.Əli Hüseynov8.Cavid İbrahimov9.Zeynalabdin Xudiyev10.Kənan Mikayılzadə11.Ramal Həşimli12.Vüqar Şəfiyev13.Cavid Cavadlı14.İsa Babayev15.Abbas Məlikov16.Kənan İsmayılov17.Vüsal Qasımzadə “Miss Azerbaijan – 2017”-nin finalçıları: 1. Günay Ələskərli2. Ülviyyə Əliyeva3. Gülnar İsayeva4. Banu Şudjai5.Oksana Çiragova6.Cəmilə Amirova7. İlahə Abasova8. Dinara Mansimova9. Ülviyyə Əliyarova10.Raziyyat Əliyeva11. Sevər Qasımova12. Nailə Kərimova13. Dəniz Nuri14. Aidə Dövlatova15.Səbinə Fətullayeva16. Xanım Əliyeva17. Arzu Hüseynzadə