Türkiyəli aktrisa, “Aşkı-Memnu”da Peykər, “Möhtəşəm yüz il” serialında isə Mahidevran Sultan rolu ilə tanınan Nur Fəttahoğlu gözlərdən uzaq bir yerdə tətil etmək üçün həyat yoldaşı Levent Vəziroğlu ilə birgə Yunanıstana gedib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, bu zaman yunan jurnalistlərindən biri onları görüntüləyə bilib.
Dənizdə romantik şəkildə kameralara tuş gələn cütlük sevgisini nümayiş etdirməkdən çəkinməyib.
Bu fotolar Yunan mətbuatında böyük səs-küy doğurub. Daha sonra Fəttahoğlu həmin şəkilləri kollaj edərək öz İnstaqram səhifəsində paylaşıb.
Xatırladaq ki, Nur yeni mövsümdə “Bu Son Olsun” adlı serialda baş rolda iştirak edəcək.