İraqın şimalında kürd hərbiləşdirilmiş qrupları (peşmerqa) amerikan hava qüvvələrinin dəstəyi ilə avqust ayının 17-də Mosul yaxınlığında yerləşən ölkənin ən iri su anbarına nəzarəti qaytarıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Agence France-Press-dən bildiriblər.
Tiger çayı üzərində yerləşən hidroqovşaq “Mosul”-u avqust ayının 7-də yaraqlılar zəbt etmişdilər. Bu hidroqovşaq İraqın şimal əyalətlərini elektroenerji və bu ərazidə yerləşən kənd təsərrüfatını suvarma suyu ilə təmin edir. Su anbarının sıradan çıxarılması ölkənin iri şəhərlərinin su altında qalmasına səbəb olardı.
“İslam dövləti” (daha öncə “İraq Şam İslam Dövləti” adlanrdı) qrupunun üzvləri İraqın şimal və qərb rayonlarına 2014-cü ilin iyununda hücum ediblər. Radikallar bir neçə şəhəri nəzarət altına alıblar: 10 iyun tarixində Mosulu, ertəsi gün isə Tikriti, bir neçə gün sonra isə Bağdada yaxınlaşıblar. Avqustun 3-də İŞİD iki iri neft yatağına nəzarəti ələ almağa müvəffəq olub.
İraq hakimiyyətinin köməyinə ABŞ hərbçiləri gəlib. Amerika HHQ üç dəfə islamçıların mövqelərinə zərbələr endiriblər.
Avqustun 15-də BMT Təhlükəsizlik Şurası “İslam Dövləti” qrupu və “Cebhat an-Nüsra” ilə əlaqədar olan şəxslərə qarşı sanksiyalar nəzərdə tutan bəyannamə qəbul edib. Altı nəfər artıq qara siyahıya düşüb.