Məşhur ingilis müğənni Lily Allen vergi borcları ucbatından evini satışa çıxarıb.
Oxu.Az xəbər verir ki, malikanə ikinci dərəcəli tarixi əsər sayılır və 400 illik tarixə malikdir.
Bu barədə xarici mətbuatda məlumat yayılıb.
Sam Cooper ilə evliliyinin bitməsindən sonra maddi problemlər yaşayan 31 yaşlı ifaçı satılacaq evi üçün 4,2 milyon sterlinq tələb edir.
L.Allen malikanəni 2010-ci ildə 3 milyon sterlinqə satın alıb. Altı yataq otağından ibarət evin həyətində tennis meydançası, hovuz, bağça var.
Aytən Sadıqzadə
www.oxu.az