Müğənni Rüfət Axundov iştirak etdiyi “Şou+” verilişini yarımçıq tərk edib. Buna səbəb isə müğənninin bir neçə gün öncə barda oynadığı zaman çəkilən kadrların yayımlanması olub.
Həmin kadrlarda ailəli müğənni bir xanımla əylənib. Aparıcı Tural Ozanın müğənnini sakitləşdirməyə çalışmasına baxmayaraq R.Axundov çox əsəbiləşib və aparıcını ona qarşı hörmətsizlikdə günahlandırıb.
Oxu.Az Mövqe.az-a istinadla xəbər verir ki, müğənni məsələyə belə aydınlıq gətirib:
“Mən özüm orada olmamışam. Turalla zəng edib, aydınlaşdırın. O, mənə sübut etsin ki, o mənəm. Düzgün deyil elə şeyləri efirdə yayımlamaq, müğənnini şantaj etmək. Mən ailəli insanam, həmin yerdə nə işim var?”.