Müğənni Elvin Abdullayev gündəmdə olan mahnıların keyfiyyətsiz olmasından şikayətlənib.
Oxu.Az xəbər verir ki, Elvin bu barədə Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişində qonaq olarkən danışıb.
Müğənni ucuz aranjiman edən ifaçıların efirdən təmizlənməli olduğunu bildirib:
“200-300 manata mahnı aranjiman edib oxuyanlar efirdən təmizlənməlidir. Düşünürəm ki, artıq təmizlənirlər də.
Trend səviyyə demək deyil. Mahnı istehsalı çox asanlaşıb, çünki 200-300 manata aranjiman edirlər. Burada keyfiyyətdən söz gedə bilməz. Çünki belə yerdə canlı musiqi aləti yoxdur”.
Ətraflı sujetdə:
Dilşad Bəhruzqızı