“Evdəkilərə salam” verilişinin yaradıcı heyəti müğənni Nazəninin Astaradakı evində qonaq olub.
Oxu.Az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, ifaçı ailəsindən, qardaşlarından bəhs edib.
Valideynlərini itirən müğənni iki qardaşının dünyasını dəyişdiyini deyib:
“Mənim iki cavan qardaşım isti suda boğulub ölüb. Ona görə anam heç bir toyda əl qaldırıb oynamayıb. Anam niskilli idi. Hüzr yerlərinə çox gedirdi, oğulları üçün ağı deyib, rahatlaşırdı”.
İfaçı balaca qardaşının 7 il həbsdə yatdığından danışıb:
“Özünün özünə etdiyi bir səhv idi. Öz orqanizmini pozurdu. Yeddi il içəridə qaldı. İki ildir azadlıqdadır. Sonbeşikdir, ata yurdumuzda qalır. Onun olmaması hamımıza təsir edirdi. İndi şükür ki, hər şey yaxşıdır. Allah bu sevinci bizə çox görməsin. Həmişə arzulayırdım ki, qardaşım həbsdən salamat çıxsın, ata ocağımda bir reportaj hazırlatdıracağam”.
A.S.
www.oxu.az