Məşhur türkiyəli müğənni Orhan Ölmez dünən axşam saatlarında mübahisə etdiyi qonşuları tərəfindən evinin avtoparkında bıçaqlanıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Halkalıda lüks binada yaşayan ifaçı daha əvvəl də bir neçə dəfə səs-küy salan qonşuları ilə binanın girişində qarşılaşıb.
İçkili vəziyyətdə olan qonşularına “Əgər köşürsünüzsə, kömək edim” deyən ifaçı binadan çıxdıqdan sonra qonşuları onu avtoparka qədər təqib edib. Avtomobilinə minən müğənninin yanına gələn 4 nəfər şəxs Ölmezin boğazını sıxıb və zərbə endirdikdən sonra onu 5 yerindən bıçaqlayıblar.

Orhan Ölmez xəstəxanaya çatdırılıb, hazırda müalicəsi davam etdirilir.
Polis təcavüzkarların tutulması üçün işə başlayıb.
Aytən Sadıqzadə
www.oxu.az