Müğənni Rüfət Mehdiyev tarixin bu günü həyata əbədi olaraq gözlərini yumdu.
Oxu.Az xəbər verir ki, Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.
Müğənni Bakı Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsində təhsil alıb. (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. Space televiziyasında hazırlanmış “Qış nağılı” (2004) və“Baharın nağılı” (2008) film-verilişlərində çəkilib.
Onun ifasında dinlədiyimiz “Darıxdım”, “Həyatı sevirəm”, “İl keçdi” və s. kimi mahnılar hələ də onu xatırlayanların yaddaşındadır.
1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib.
Nizami rayon qəbiristanlığında dəfn edilib.
Aytən Sadıqzadə
www.oxu.az