Müğənni Şəbnəm Əsədova (Tovuzlu) yol qəzasına uğrayıb.
Oxu.Az Gecce.az-a istinadla xəbər verir ki, ifaçı idarə etdiyi “Dodge Drango” markalı avtomobillə, 20 aprel saat 15:30 radələrində metronun Nərimanov stansiyası yaxınlığında evə qayıdarkən qəflətən idarəetməni itirməsi nəticəsində, yol qəzası keçirib.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Nəzərinizə çatdıraq ki, müğənninin avtomobilinin qiyməti 100 min AZN təşkil edir.
Qarşı tərəfin avtomobilinin markasını açıqlamaq istəməyən ifaçı bildirib ki, ciddi xəsarət almasa da, baş verənlərə görə böyük stress keçirib.
Qeyd edək ki, Şəbnəm Əsədova (Tovuzlu) “Sevənlər ölməz” mahnısı ilə məşhurlaşıb.