Müğənni Vüqar Qüdrətoğlu uzunqulaqla şəkil çəkdirib sosial şəbəkədə paylaşıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Qax rayonundan paytaxta gəlib “Yeni ulduz” yarışmasına qatılaraq məşhurlaşan ifaçı bununla kənd uşağı olduğunu sübut etmək istədiyini bildirib:
“Nə qədər Bakıda yaşasaq da biz kənd uşağıyıq, eşşəyimizə sadiqik.”
Müğənni, “Tam otursaydım beli qırılardı yazığın. Oturmadım, ona görə də paylaşmağa çəkinmədim.”-yazaraq uzunqulaqla birlikdə çəkdirdiyi fotosunu paylaşıb.
