Müğənni Yaşar Cəlilov nişanını qaytarıb.
Oxu.Az xəbər verir ki, bu haqda müğənni özü sosial şəbəkədə məlumat yayıb.
“Bir xəbəri nəzərinizə çatdırmaq istəyirəm ki, artıq nişanlı deyiləm. “Nişanı sənmi qaytardın, yoxsa o ?” kimi suallar verməyin. Mən sadəcə xəbər vermək istədim. Alınmadı, yola getmədik və ayrılmaq qərarına gəldik. Hamıya xoşbəxt olmağı arzu edirəm.
Söz verirəm, gələn ilin may ayına qədər evlənəcəm!”.
Qeyd edək ki, Yaşar Cəlilov ötən ay Zəhra adlı jurnalist xanımla nişanlanmışdı. Cütlük toyun tarixini isə 28 dekabra təyin etmişdi.
