Respublika günü münasibəti ilə yerli məşhurlar Sankt-Peterburqda konsert proqramı ilə çıxış edəcəklər.
Oxu.Az-ın məlumatına görə, mayın 27-də “Ledoviy” sarayında baş tutacaq konsertdə müğənnilər Rəqsanə İsmayılova, Elton Hüseynəliyev, Günay İbrahimli, Zamiq Hüseynov çıxış edəcək.
Azərbaycanlı ifaçılarla yanaşı konsertdə Türkiyənin tanınmış müğənnisi Rafet El Roman da iştirak edəcək.
Qeyd edək ki, konsertin aparıcısı Afaq Gəncəli olacaq.
