ANS telekanalında yayımlanan “Şoubiz+” verilişi daha bir plagiat faktı ortaya çıxardı.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, əməkdar artist Sevda Ələkbərzadə amerikalı həmkarı Stinqin mahnısını özününküləşdirib. Sevda Ələkbərzadənin dediyinə görə, “Ulu vətən” və Stinqin “A Thousand Years” mahnısını üz-üzə qoyub bir dəfə dinləmək bəs edər ki, oxşarlığı görəsiniz. Mahnıların əsas giriş hissəsi o qədər oxşardır ki, xırda fərqlər heç nəzərə çarpmır.
Bu halı araşdırmaq üçün təbii ki, Stinqlə əlaqə saxlamaq mümkün olmasa da Sevda Ələkbərzadənin fikirlərini öyrənmək mümkün olub.
Belə ki, ifaçı mahnının nəinki plagiat olduğunu inkar etdi, hətta Stinqin mahnını oğurlaya biləcəyini də bildirdi:
“Zaur Abdullayev bu mahnını 1988-ci ildə yazıb, bunu hər kəs bilir, çünki o vaxtlar bir çoxu ifa edib. İlk dəfə bu mahnı 1997-ci ildə lentə alınıb və “Yuxu” qrupu oxuyub”, - deyərək fikirlərini bildirib.