Müğənnilər Sevil və Sevinc bacıları Nurlan Təhməzli ilə duet şəklində yeni mahnı ifa ediblər.
Oxu.Az xəbər verir ki, “Səni sevirəm” adlı mahnının sözləri Zülfi Bədəlova, musiqisi isə Nurlan Təhməzliyə məxsusdur. Mahnının aranjimanı Elvin Musayevə aiddir.
Üçlük birlikdə səsləndirdikləri ifa üçün fotosessiya da etdirib.
Fotoların müəllifi Kəmalə Hüseynovadır.
Aytən Sadıqzadə
www.oxu.az