Evi uçmaq təhlükəsi ilə üzləşdiyi üçün tanınmış türkiyəli müğənni Ankaralı Turgutun bacısı Gülcan Karataş küçədə yaşamaq məcburiyyətində qalıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qadın hazırki vəziyyəti barədə polisə məlumat verib. Hadisə yerinə gələn polis bölməsinin əməkdaşları vəziyyətlə tanış olduqdan sonra Gülcan Karataşın yaşadığı evinin hər an uçmaq təhlükəsi ola biləcəyindən mənzilin tərk edilməsinə qərar verib.

Evdə hamilə qızı ilə birlikdə yaşayan Gülcan Karataş, gedəcək yeri olmadığından evin həyətinə çıxartdıqları kresloda gecələyir.
Karataş “Ocaq qalayaraq səhərə qədər kresloda yağış altında gözlədik. Ev yaşanılacaq vəziyyətdə deyil. Burada kirayədə yaşayırıq və gedəcək yerimiz olmadığı üçün çöldə qalmışıq” deyib.

Gülcan Karataş müğənni Ankaralı Turgutun bacısı olduğunu söyləyərək “mənim böyük qardaşımdır. Səsimizi eşidirsə, bizə kömək etsin” deyib.
Xəbərin mətbuatda yer almasından sonra həmin məhəllədə yaşayan insanlar gənc qadını düşdüyü vəziyyətdən qurtarmağa çalışacıqlarını bildiriblər.