“Səs verməyin” verilişinin qonağı olan müğənni Əlikram Bayramov çətin vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, verilişin qaydalarına uyğun olaraq tamaşaçılardan müğənniyə səs verilməməsi istənilsə də, tamaşaçılar əksinə edib. Nəticədə ifaçının başına əvvəl tomat pastası, daha sonra un tökülüb.
Xatırladaq ki, “Səs verməyin” verilişi hər həftənin cümə axşamı, saat 22:30-da ATV-də yayımlanır. Verilişin aparıcısı əməkdar artist Dilarə Əliyevadır.
Aytən Sadıqzadə