Bu günlərdə Kiyevdə “YUNA-2015” musiqili mükafatının nominantlarının adları açıqlanıb. Mükafatın təqdim edildiyi dövrdən bəri ilk dəfə olaraq nominantlar sırasına Azərbaycanın nümayəndəsi düşüb.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı müğənni və bəstəkar Emin mükafata ukraynalı müğənni Loboda ilə birgə ifa etdiyi duetə görə layiq görülüb.
Müğənnilərin “Səmaya baxırsan” adlı müştərək işi eyni anda iki: “Ən yaxşı duet” və “Ən yaxşı videoklip” kateqoriyaları üzrə nominant olub, klipin rejissoru Lobodanın prodüseri Natella Krapivinadır.