ATV-də Dilarə Əliyevanın aparıcılığı ilə yayımlanan “Səs verməyin” verilişində son zamanlar şeirləri ilə gündəmə gələn Elza Seyidcahandan söhbət açılıb.
Oxu.Az xəbər verir ki, Dilarə Əliyeva verilişin müğənni qonaqları Vasif Məhərrəmli və Könül Kərimovaya “Elzanın şeirlərini oxuyursunuzmu?” sualı ilə müraciət edib.
“Kefsiz vaxtlarımda Elzanın şeirlərinə qulaq asıram, kefim açılır” deyən Vasif Məhərrəmli bildirib:
“Elzanın bir şeiri var, oradakı fikirləri çox bəyənirəm. Deyir ki, canları çıxsın mənim nənəm, babam kimi bir yastıqda ölsünlər”.
Aparıcı Vasifin dediklərinə dərhal belə cavab verib:
“Elzanın canı çıxardı, bir yastıqda qarıyıb qalardı. Özü bacarmadığını camaata niyə deyir?”.
Aytən Sadıqzadə