Əməkdar artist Tünzalə Ağayeva imicini dəyişib.
Oxu.Az xəbər verir ki, neçə illərdir qırmızı saç rənginə üstünlük verən müğənni onları qaraya boyayıb. Yeni fotosunu sosial şəbəkədə paylaşan T.Ağayeva “Bu da yeni mən... Sevgili dostlarım, yeni saçlarımla bağlı sizin fikirlərinizi öyrəndim. Hər kəsin zövqünü oxşamaq qeyri-mümkündür. Önəmlisi odur ki, özünüz haqqında olan təsəvvürünüzü içinizdən zahirinizə çıxarasınız. Özünüzü fərqli, yeni görə bilmək üçün dəyişməyin sevincini yaşayın”,- deyə şərh yazıb.