İş adamı Rza Zərrab infeksiyaya yoluxub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, artıq beş gündür Qayrettepedeki “Florence Nightingale” xəstəxanasında həkim nəzarətindədir. Onun öd kisəsi əməliyyat olunduqdan sonra infeksiyaya yoluxub.
Müğənni Ebru Gündeş həyat yoldaşının ağır günlərində onu yalnız buraxmayıb. Xəstəxananın tibbi personalına Zərrabın orada müalicə olunduğu xəbərini qorumaq tapşırığı verilsə də, xəbər mətbuata yayılmağa başlayıb.
