Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Müğənninin səhnədə çıxışı zamanı atəş açıldı
Ötən gün müğənni Kerimcan Durmazın səhnə aldığı məkanda bilinməyən bir səbəblə iki qrup arasında dava düşüb, pnevmatik tüfənglə atəş açılıb. Türkiyə mediasında ifaçının ayağından güllə yarası alması xəbərləri yayılıb.
Oxu.Az xəbər verir ki, Kerimcan Durmaz hadisə ilə bağlı hurriyet.com.tr-yə müsahibə verib.
“Səhnədə ikən məni qolumdan tutub qəfil bayıra çıxardılar. Sürətlə çölə çıxarkən ayağım burxuldu. Amma mən silah səsi eşitmədim. Baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur. Hal-hazırda sağlamlığım yerindədir və İstanbuldayam”, - deyə müğənni bildirib.
Aytən Sadıqzadə
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- Vanda Nara Türkiyədə "ilin qadını" seçildi
- Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?
- Məşhur türkiyəli aktrisa və keçmiş nazir avtomobil qəzasına düşüblər
- Yeni doğduğu körpəsini Antalyada hava limanında qoyub gedən qadına hökm oxundu
- Hakan Fidan: "Ukraynadakı münaqişənin təcili nizamlanmasına ehtiyac var"
Ən çox oxunanlar