“Çox ağır itkidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevlə vida mərasimi zamanı “Xəzər” Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib.
Onun sözlərinə görə, illərin dostunu itirib:
“Oqtay Əliyevin ölümünə çox üzüldük. Ailəsinə, doğmalarına səbir diləyirəm.
Elə bir iş, layihə yoxdur ki, Oqtay müəllim dəstək olmasın. Hər kəsin uğuruna sevinən insan olub. Mənim üçün çox ağırdır. Ard-arda çox dəyərli insanları itirdik”.
Murad Dadaşov əlavə edib ki, Qərbi Azərbaycan məsələsi Oqtayın ürəyində xüsusi yer tuturdu:
“Dünəndən bəri birlikdə keçirdiyimiz günləri xatırlayıram. Çox heyif. Doğma insanı itirdik, çox təəssüf”.
Nəzrin Vahid
Rəylər