Oxu.Az Ailem.az-ın “O...” rubrikasının qonağı olmuş şoumen, teleaparıcı Murad Dadaşovun müsahibəsini ixtisarla təqdim edir.
- Sevgi, ya qarşılıqlı hörmət?
- Yalnız böyük sevgi qarşılıqlı hörmətə gətirir!
- Subaylıq, ya evlilik?
- Əksər vaxtlar evlilik. Amma hərdən subaylıq hissi.
- 1 uşaq, ya çox uşaq?
- Tərbiyə edə biləcək qədər uşaq.
- Qayınana, ya gəlin?
- “Qayınanalıq” etməyən qayınana, “gəlinlik” etməyən gəlin.
- Tək arvadlılıq, yoxsa çoxarvadlılıq?
- Tək arvadlılıq. Birmənalı!
- Evdə qadının, ya kişinin sözü?
- Ümumi maraqlara xidmət edəcək qərar. Adətən kişi tərəfdən olduğu üçün kişi sözü.
- Qadın, yoxsa kişi sürücü?
- Birmənalı olaraq kişi sürücü!
- “Bakılı oğlanlar”, yoxsa “Planet parni iz Baku”?
- KVN.
- Gəncə, yoxsa Bakı?
- Qarabağ!
- “Mərc şou”, yoxsa “Maşın şou”?
- Yeni şou.
- “Kəpəz”, yoxsa “Neftçi”?
- “Real Madrid”.
- 14 fevral, yoxsa 30 iyun?
- Əsl sevənlər üçün ilin 365 günü.
- 26 iyun, yoxsa 8 mart?
- Heç biri!
- Bağışlamaq, yoxsa nifrət?
- Dəyər verəni bağışlamaq, digərlərinə qisas!
- Sonda olum, ya ölüm?
- Olum! Yalnız olum!!!