Musayevlər ailəsində qalmaqallar səngimək bilmir.
Oxu.Az xəbər verir ki, bu haqda müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin adından İnstagram səhifəsində yazıb:
“Mən Cabbarı (red.- Cabbar Musayevi nəzərdə tutur) gənc yaşlarımdan danışdırmıram. Hər zaman onunla küsülü qalmışam. Lakin bunu yalnız ailəmiz bilirdi. Heç vaxt bu sirri açmaq istəmirdim. O, iki il öncə televiziyada küsülü olduğumuzu təsdiq etdi və bildirdi ki, Təranəyə görə küsmüşük. Bu insan ailə dağıtmaqla məşğuldur. Mənim də ailəmi dağıtmaq istəyirdi, amma Təranənin ağlına qurban olum. Onun ağlı nəticəsində ailəmiz dağılmadı. Nazənini öyrədərək dəfələrlə ailəmdə dava saldılar.
Bu yaxınlarda elə bir açıqlama verəcəm ki, bütün xalq onun kim olduğunu biləcək, üzündəki maskanı çıxardacam. Onda biləcəksiniz ki, hansı xalq artistinin evini yıxıb, həyat yoldaşını analıqdan məhrum etdirib. Xalq məni qınasa da, illərlə saxladığım sirrləri açıqlayacam”.