Bakıda betonqarışdıran maşın aşıb.
Oxu.Az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində qeydə alınıb. “KamAz” markalı, 10 NL 413 dövlət nömrə nişanlı betonqarışdıran maşın idarəetməni itirərək aşıb.
Nəticədə avtomobilin sürücüsü xəsarət alıb və maşında olan beton yola dağılıb.
Hadisə səbəbindən Bakı Dairəvi yolunda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.
E.Ə.
www.oxu.az