Türkiyəli müğənni, bəstəkar, aranjimançı Mustafa Ceceli Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, məşhur mayın 7-də Gəncədə konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, konsert Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ulu öndərimiz Heydər Əliyevin 91 illik ad günü və “Gül bayramı” münasibətilə təşkil olunur.
Həmin gün səhnəyə Mustafa Ceceli ilə birlikdə türkiyəli müğənni Hadisə də çıxacaq.