Müğənni Nadir Qafarzadə 1 saylı psixoloji və nevroloji yaşayış müəssisəsində yeni klipinin təqdimatını edib.
Oxu.Az xəbər verir ki, ifaçı təqdimatdan sonra “Şou məkan” verilişinə gözyaşları içərisində müsahibə verib.
Qafarzadə bunları söyləyib:
“Bir zamanlar mehriban yaşayan, 7 uşaqdan ibarət ailə dağıldı. Özümü atılmış, unudulmuş kimi hiss edirəm. Mən çox qohumbaz, qardaş-bacı sevən oğlanam. Zaman belə gətirdi, təəssüf ki. Bu klip məni uzaqlara apardı, düşündürdü, öldürdü. Kaş mən klipə baxmamış sizə müsahibə verərdim, çox ağırlaşdım”.
Diqqət çəkən məqamlardan biri də, bir neçə vaxtdır küsülü olan rəqqasə Fatimə ilə Nadirin görüşü olub.
“Bu vəziyyət heç nədən yaranıb. Bir-birimizə salam vermədiyimizə görə olub. Çünki biz bir yerdə əziyyət çəkmişik”,-deyə rəqqasə Fatimə bildirib.