Türkiyə istirahətindən vətənə yenicə dönən müğənni Nadir Qafarzadə təəssüratlarını bizimlə bölüşüb.
Oxu.Az xəbər verir ki, Qafarzadə işlərinin çoxluğundan doyunca istirahət edə bilməməsindən şikayətlənib:
“İstirahətim ürəyimcə olmadı. Bildiyiniz kimi “Azərbaycanın səsi” mahnı müsabiqəsində münsiflər heyətinin üzvüyəm. Hər cümə axşamı mən burada olmalıyam. Ona görə də dincəlməyə yetərincə vaxt tapa bilmirəm.
Müsabiqədəki tələbələrimlə lazımi qədər məşq edirəm, necə deyərlər onların “suyunu çıxarıram”. İstədiyimi almayınca, əl çəkmirəm.
İştirakçılarda arxayınlıq hissi var. Fikirləşirlər ki, hər şeyi sms-lə həll edə bilərlər. Amma elə deyil. Çox çalışmaq lazımdır. Sms olmasa da olar, sənət göstərmək lazımdır.Çünki yaddaşlarda sənət qalacaq. Mənim yarışmada Nicat və Tacəddin adlı iki tələbəm var.İnanıram ki, onlar yaşlarına görə nəsə edə biləcəklər. ”
Müğənni Türkiyədə 300 minə ev alması məsələsinə də aydınlıq gətirib:
“Saytlarda yayılan şəkillər 2 il əvvəl çəkilib. Mən ev alıb-sata bilərəm. Mənim hər yerdə evim ola bilər. Bu haqda çox geniş açıqlama vermək istəmirəm”.
Müğənni eyni zamanda, ALS-dən əziyyət çəkən xəstələrə həqiqətən maddi yardım etdiyini təsdiqləyib:
“ Başından “buzlu su” tökmək bir şoudur. Onunla heç bir xəstəyə yardım etmək olmaz. Lady Gaga gic kimi oturub masada başından buzlu su tökür. Əgər sən sərinləmək istəyirsənsə, kiminsə xəstəliyini gündəmə gətirib özünə şou yaratma”.
N.Qafarzadə sentyabrda həyat yoldaşı ilə birgə Moskvaya 1 həftəlik dincəlməyə gedəcəyini də söyləyib:
“Sənətimlə bağlı ona çox vaxt ayıra bilmirəm. İstəyirəm ki, ona bir az diqqət göstərim”.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az