Müğənni Nadir Qafarzadə “Şou+” verilişinə verdiyi açıqlamada öz ünvanına təriflər yağdırıb.
Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi özünü cazibədar ulduz hesab etdiyini deyib:
“Mənim hər açıqlamam reytinq gətirir. Məndə cazibə qüvvəsi, şirinlik var. Tamaşaçını cəlb edə bilirəm”.
Xalq artisti Faiq Ağayevlə aralarındakı münaqişəyə son qoyan N.Qafarzadə onunla üz-üzə gəlməməklərinin səbəbini açıqlayıb:
“İkimiz də kamil insanlarıq. O da nə etdiyini bilir, mən də. Buna görə də aradakı qalmaqala son qoyduq. İndi münasibətlərimiz yaxşıdır. Mənim içimdə Faiqə qarşı qətiyyən kin yoxdur. Məclislərdə qarşılaşmırıq. Nə qədər gec-gec görüşsək, o qədər yaxşıdır. Tez-tez rastlaşanda insan bir-birini qıcıqlandırır”.