“Avroviziya” təmsilçimiz Nadir Rüstəmlinin ilk məşqindən görüntülər təqdim edilib.
Oxu.Az xəbər verir ki, görüntülər “Avroviziya Azərbaycan”ın sosial media hesabında paylaşılıb.
Bildirilir ki, işıq və kamera rakursları mahnı ilə vəhdət təşkil edərək ifanın təsir gücünü daha da artıracaq.
Səhnədə bir kişi rəqqas olacaq. Nadir stadion oturacaqlarına bənzər bir pilləkanın üzərində əyləşir. Sonradan bu pilləkan iki yerə ayrılır və rəqqas ilə Nadir üz-üzə gəlirlər.
Qeyd edək ki, 2022-ci ildə “Avroviziya” mahnı müsabiqəsi 10, 12 və 14 may tarixlərində İtaliyada keçiriləcək.
Sözügedən görüntüləri təqdim edirik:
Dilşad Bəhruzqızı