“Səs music organization”nun rəhbəri Nahid Emiloğlu əməliyyat olunub.
Oxu.Az Lent.az-a istinadən bildirir ki, o, şiddətli ürək ağrıları ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, oradan da təcili Mərkəzi Gömrük Hospitalına əməliyyata alınıb.
İlkin məlumata görə, təşkilatçının ürək damarlarına stend qoyulub. Hazırda Nahidin vəziyyəti nisbətən yaxşıdır.