Azərbaycanda qəzet redaktoru həbs olundu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Zəngəzurun səsi” qəzetinin baş redaktoru, Bakı şəhər sakini Yavər Nuriyev paytaxt sakini Hüseynağa Məmmədova işləməsi barədə saxta əmək kitabçasını 1500 manata satarkən tutulub.