Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş həyat yoldaşı Solmaz Şükürovanın dünən mediada yayımlanan açıqlamasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, meyxanaçı məsələ ilə bağlı Reportyor.Tv-yə açıqlama verib:
“Mən uşaq deyiləm, keçmiş keçmişdə qalıb. Mənim 36 yaşım var. Mənim həyatım özümü maraqlandırır. Mediada bu haqda gedən söz-söhbətlər ürək bulandırır, bunlar mənim sənətimə və adıma xələl gətirmək üçündür. Bu haqda artıq heç bir açıqlama vermək istəmirəm. Mənasız məlumatlarla öz vaxtımı boşa sərf etmək fikrim yoxdu. Bu məsələ vardısa da mənimdi, yoxdusa da mənimdi. Mediadan da xahişim və istəyim odur ki, bu mövzuya birdəfəlik son qoysunlar. Bu dəfə də xoşxasiyyətli şəkildə yola verirəm. Bir daha bu cür məlumatlar yayımlasalar, başqa lazımi qaydada tədbir görəcəyəm”.
Meyxanaçı Namiq Qaraçuxurlu xüsusi ilə qeyd etdi ki, “məni xalqım sənətimlə sevsin, boş söhbətlərlə mənə maraq göstərməsinlər”.
Bu haqda Solmaz xanımın da fikirlərini öyrəndik. Qarşı tərəf də eynilə meyxanaçının fikirlərinə şərik olub:
“Namiq Qaraçuxurlu ilə heç bir problemim yoxdur. Onun həyatı özünü, mənim həyatım isə özümü maraqlandırır. Mənə də xoş deyil ki, mənim adımdan bu tərz fikirlər yayılır. Namiq Qaraçuxurludan çox mən bu məsələ ilə bağlı narahatam. Artıq bu haqda heç nə danışmaq fikrim yoxdu”.