“Kurtlar Vadisi” serialından “Ömər Baba” rolu ilə tanınan aktyor Emin Olcay yeni seriala çəkilir.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor “Kərtənkələ” adlı serialda imam xarakterini yaradacaq. Filmin musiqisini tanınmış türk pop ifaçısı Mustafa Ceceli yazıb. Ekran əsərinin rejissoru Kartal Çidamlıdır.